Sürücünü öldürüb, maşınını oğurlayan şəxs saxlanıldı: “500 manata satdım” + Video

6,349 oxunub

Hadisə yanvarın 17-si saat 18:30 radələrində Şəmkirin Seyfəli kəndində baş verib.

ARB Kəpəz xəbər verir ki, 21 yaşlı Eşqin Murtuzayev Gəncədə əyləşdiyi taksinin sürücüsü Namiq Babayevə qarşı yaşadığı kəndin ərazisində quldurluq edib.

Əyləşdiyi "VAZ 2107” markalı maşının sürücüsünə yoldaykən hücum çəkən gənc, 59 yaşlı kişini kəsici alətlə yaralayıb, ağır bədən xəsarətləri yetirib. Bundan sonra Namiq Babayevi avtomobildən düşürən Eşqin Murtuzov, sürücünün mobil telefonunu və nağd pulunu quldurluq yolu ilə ələ keçirib. Çox keçməmiş avtomobili qarşılıqlı razılıq əsasında həmkəndlisi Kamal Kərimova satıb.

Eşqin Murtuzov – saxlanılan şəxs: "Sonra metalloma getdim. Orada Kamala dedim ki, maşın istəyirsənmi? Maşın oğurluq kimi bir şeydir, yəni sənədləri yoxdur. Sonra 500 manata satıb, Gəncəyə getdim”.

Namiq Babayevi isə yaralı halda ilk olaraq yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin işçiləri aşkarlayıblar. Yaxınlarına edilən zəngdən sonra sürücü ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 gündən sonra o, xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən Eşqin Murtuzovun məsuliyyətdən yayınmasına isə Şəmkir polisi imkan verməyib.

Mehrab Məmmədov – müstəntiq: "Şəmkir rayon polis şöbəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil hadisədən dərhal sonra Kamal Kərimovun yaşadığı mənzildən aşkarlanıb. Cinayəti törədən Murtuzov Eşqin Firuddin oğlu saxlanılaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Eşqin Murtuzovun törətdiyi cinayətə Şəmkir Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək.

Yenizaman.az


.
XƏBƏRLƏR 27-09-2026
09:03 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra müdafiə nazirini vəzifəsindən azad edib
08:29 Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
08:26 Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
08:15 Pezeşkian: Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır
08:10

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:03 Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
Təqvim