Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Qılman Nəcəfzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.

Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

.