"İndi Transatlantik birliyə ehtiyac hər zamankından daha böyükdür".

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının 67-ci illik sessiyasında çıxışı zamanı deyib.

Baş katib bildirib ki, indi meydana çıxan çətinliklər istənilən ölkənin və ya qitənin təkbaşına öhdəsindən gələcəyi miqyasda deyil.

"Rusiya qonşularına qarşı təcavüzkar hərəkətlərinə görə məsuliyyət daşıyır. Barens dənizindən Aralıq dənizinə qədər böyük bir hərbi mövcudluğun qurulması və demokratik quruluşlara müdaxilə cəhdləri...

Çin öz gücündən başqa ölkələri məcbur etmək və öz xalqını idarə etmək üçün istifadə edir və bu ölkə getdikcə bizə daha da yaxınlaşır. Bu, Afrikada, Arktikada və kiber aləmdə baş verir. Həmçinin, bunlar 5G şəbəkələrindən limanlara və hava limanlarına qədər bizim vacib infrastrukturumuza sərmayə qoyaraq yaşanır", - deyə NATO Baş katibi bildirib.

Yens Stoltenberq əlavə edib ki, yeni təhdidlər də meydana çıxır: "Bura kiber hücumlar, dağıdıcı texnologiyalar, nüvə silahının yayılması və iqlim dəyişikliyi aiddir. Həmçinin amansız terror əsl təhlükə olaraq öz varlığını saxlayır. Buna görə də biz NATO-nu gücləndirməliyik".

.