Rusiya Qara və Azov dənizlərində iki humanitar dəhliz yaradıb.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində bildirib.

"Qara və Azov dənizlərinin akvatoriyalarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilir. Mariupol limanının akvatoriyasında mina təhlükəsi tam aradan qaldırılıb", - deyə Rusiya MN başçısı vurğulayıb.

Qeyd edək ki, Qərb ölkələri Rusiyanı Ukrayna taxılının ixracına mane olmaqda və taxılın dünya bazarında qıtlığına təhrik etməkdə ittiham edirlər. Moskva isə öz növbəsində bütün ittihamları rədd edir və təkid edir ki, Ukrayna limanlarından taxıl ixracına mane olmur.

.