Bu yazını yazmağa məni son zamanlar da sosial şəbəkələrdə qəhramanlıq göstərən bəzi siyasi liderlərin və psevdopatriotların canfaşanlığı vadar etdi.

Bütün dünyanı cənginə alan, qlobal dünyanı bir birindən təcrid edən, bəşəriyyət üçün 1 nömrəli təhlükəyə çevrilən Koronovirus pandemiyası dövründə bu siyasət adamlarının hər biri ya telefonda ,ya da evdə kompüter qarşısında əyləşərək, müxtəlif sosial şəbəkələr də canlı yayımda Azərbaycanın problemlərini 1 necə aya həll etməyi xalqımıza vəd edirlər.Bu problemlərin təbii ki ,ən ağrılısı olan 28 ildirki davam edən Qarabağ məsələsinin güya 1 necə aya həll edilməsindən ağız dolusu danışırlar.Nəzərinizə çatdırım ki ,bunu danışanların çoxu vaxtilə ya hakimiyyətdə təmsil olunublar ,ya da Azərbaycan siyasi həyatında önəmli rol oynayan siyasi partiya təmsilçiləridir.Bu o siyasətçilərdir ki, hakimiyyətə gəlmək üçün Azərbaycanın bu günə qədər olan ən böyük problemi Qarabağ münaqişəsinin yaranmasında az rol oynamayıblar.Bu fikirləri ona görə yazıramki,bu  siyasət oyunçularının çoxunu və keçdiyi yolu çox yaxından tanıyıb bilirəm. 

Pandemiya dövründə karantin şəraitində insanların evlərində oturmağından, bu durumun bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı iqtisadi -maliyyə böhranından həvəslənərək ,ittihamlarla cəmiyyətin fikirlərini özlərinə çəkməyə ,bu günə qədər cəmiyyətdə itirdikləri nüfuzlarını bərpa etməyə çalışırlar.

Bu zəka sahibləri elə düşünürlər ki,yeni texnologiyalar dövründə sadəcə evdə oturub kompüterin bir düyməsini basmaqla dövləti idarə etmək ,ölkədəki problemləri həll etmək olar.Cənablar dövlət sosial şəbəkələrin imkanlarından sui istifadə etməklə ,bu cür canlı efirlərdə populist çıxışlarla idarə olunan bir orqanizm deyil ! 30 ildi davam edən ağrılı yerimiz Qarabağın işğalı kompüter düyməsi ilə həll oluna bilməz! Dövlət idarəçiliyinin öz qanunları var. Bu qanuları sosial şəbəkələrdə yaradılmayıb.Siz hesab edirsiz ki,əgər dünya texnologiyalar əsirindədirsə elə burdan hər şeyi həll etmək olar, yox cənablar bu belə deyil! 

Mən bu fikirləri yazmaqla demirəm ki,ölkədə  problemlər yoxdur,məndə hesab edirəm ki,Qarabağ məsələsi çoxdan həllin tapmalı idi,məndə düşünürəm ki,danışıq xətrinə işğalçı ermənilərlə danışığı on illərlə davam etdirmək olmaz,hesab edirəm ki Azərbaycan istənilən vasitə ilə işğal altında 28 ildən artıqdı inləyən Qarabağımızı azad etməlidir,bunun üçün müharibədəndə çəkinməməliyik.

Bu gün Müharibə deyib hay həşir salan siyasi partiya rəhbərləri bir şeyi unudurlar ki, 2000-ci ilə Azərbaycan Avropa şurasına daxil olarkən, Qərb ölkələrinə xoş görünmək ,onların etibarını qazanmaq üçün sizlər də müharibə etməmək öhdəçiliyini üzərinizə götürmüsünüz.Belə uzaqgörən idinissə niyə bu sənətə qol çəkirdiniz? Onda Qarabağ  işğal altında deyidimi?Cənablar 90-cı illər deyil, populizmlə xalq dövlət idarə olunmur. Danışanda bir az düşünün!!! 

Şakir Ağayev
“Yeni zaman”- “Новое время” qəzetinin baş redaktoru

.