Türk polisi Vanda həyata keçirilən əməliyyat nəticəsində 16 gün ərzində HİV viruslu qadınlarla əlaqədə olan 200 kişini axtarır.
AzNews.az Türkiyə KiV-lərinə istinadən xəbər verir ki, fahişəliyə qarşı keçirilən əməliyyatda tutulan 6 qadından ikisində HİV virusu aşkarlanıb. Qadınlardan biri Qazaxıstan əsilli G.K. və digəri isə Azərbaycanlı T.İ-dir.
Qadınlar təxminən 200 kişi ilə cinsi əlaqəyə girdiklərini bildiriblər. Polis HİV virusu daşıyan qadınlarla əlaqəyə girən kişiləri axtarır və onların dərhal tibbi yoxlama üçün xəstəxanaya getmələrini bildiriblər.
.
