Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Bu bayramı hədiyyə aldıqları üçün uşaqlar böyüklərdən daha səbirsizliklə gözləyirlər. Amma bəzən balacaları sevindirmək məqsədi ilə hazırlanan hədiyyə bağlamaları valideynlərin narahatlığına səbəb olur. Çünki bu bağlamaların əksəriyyətinin içindən sağlamlıq üçün təhlükə törədən keyfiyyətsiz hədiyyələr çıxır. 
Yenizaman.az ARB Cənub-a istinadən bildirir ki, hər il olduğu kimi, bu il də market və dükanlarda, həmçinin bazarlarda uşaqlar üçün şəkilli karton qutuların içində bayramın atributları olan müxtəlif oyuncaqlar və qida məhsulları olan "Yeni il” hədiyyələri çoxluq təşkil edir. İlk baxışdan rəngarəng olan bu hədiyyələr təbii ki, balacaların diqqətini çəkir. Valideynlər də, içindəki məhsulların keyfiyyətini bilmədən bu hədiyyələri almaq məcburiyyətində qalırlar. Bundan istifadə edən bəzi işbazlar da bayram hədiyəsi adı ilə vaxtı keçmiş məhsulları əhaliyə satmış olurlar. Özüdə hədiyyələrin bəzisinin üstündə heç istehsal tarixi göstərilmir. Apardığımız sorğu zamanı bu fikirilərlə razılaşmayan sakinlərə də rast gəldik. İstər qiymət, istərsə də keyfiyyət bəzi sakinlərin ürəyincədir. 

Qiymətlərə gəlincə "Yeni il” hədiyyələrinin qiyməti 1 manatdan 15 manatadək dəyişir. Təbi ki, qiymət artdıqca qutu da böyüyür. Satıcılar isə hədiyyə paketlərinin keyfiyyətli ,qiymətlərin isə münasib olduğunu iddia edirlər. Bir sözlə uşaqlarımızın təhlükəsizliyi üçün kimyəvi maddələrdən hazırlanan bayram oyuncaqları və hədiyyələrini alarkən diqqətli olmalıyıq. Ən əsası isə övladınızı sevindirmək istəyirsinizsə, ona ya özünüz xüsusi hədiyyə paketləri hazırlayın, ya da alarkən həmin hədiyyənin məhsullarına dəfələrlə nəzarət edin.



.