Lənkəran rayonunda 4 il əvvəl itkin düşən qızın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.


Yenizaman.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.

 

F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı, 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib.

 

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyiti basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

.