SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev tutduğu vəzifəsindən azad edilib.

Bunu  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, V.Əliyev öz müraciəti (ərizəsi) ilə işdən azad edilib. Bununla yanaşı, V.Əliyev SOCAR-rın Türkiyədəki fəaliyyətlərində də öz vəzifələrinin dayandırılması barəsində də müraciət edib.

“Beləliklə, V.Əliyev SOCAR-da öz fəaliyyətini dayandırı”, - deyə İ.Əliyev qeyd edib.

O, əlavə etdi ki, V.Əliyevin tutduğu vəzifəyə hələ ki təyinat olunmayıb.

.