Dünən gecə yerli vaxtla 20:30-dan bu gün səhər 06:30-a qədər Moskva vilayətinə doğru 390-dan çox PUA uçub.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

"Saat 20:30-dan 06:30-dək 390-dan çox dron Moskva bölgəsinə doğru uçurdu. Onlardan əksəriyyəti şəhər kənarında hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib", - Sobyanin bildirib.

.