Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Türkiyənin siyasi birliyini dəstəkləyib.

Bu barədə APA-nın İstanbul müxbirinin sualına cavab olaraq “ATA İttifaqı”nın prezidentliyə namizədi olmuş Sinan Oğan bildirib.

O qeyd edib ki, Türkiyədə bəzi siyasətçilərin Azərbaycana qarşı siyasətinə susa bilməzdi: “Biriləri Qarabağ əvəzinə Qandil siyasətinə üstünlük verirsə, Qarabağın azad edilməsi ilə bağlı "Türkiyə ora cihadçılar göndərdi” deyirsə, əlbətdə ki, Azərbaycanın və bizim də bu insanlara qarşı təpkimizin olması təbiidir”.

Sinan Oğan əlavə edib ki, Azərbaycanla Türkiyə arasında münasibətləri kimsə poza bilməz: “Mən turancı, Türk dünyasının birliyinə inanan biriyəm. Türkiyədə Azərbaycana qarşı siyasət sadəcə, erməni lobbisinin maraqlarına yarayacaq siyasətdir, hər kəs bunu bilsin”.
 

.