Çin müharibəyə hazırlaşır.

Bunu Çin lideri Si Cinpin parlamentin iclasında deyib.

O bildirib ki, dünya bu məsələni ciddi qəbul etməlidir.

Qeyd olunub ki, Çinin müdafiə büdcəsi son 10 ildə 7,2% artıb.

Həmçinin vurğulanıb ki, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi planlaşdırılır.

Müharibənin konkret hansı ölkə ilə aparılacağı açıqlanmayıb.

Qeyd edək ki, Çin Müdafiə Nazirliyi daha əvvəl Rusiya əməkdaşlığın güclənəcəyini demiş və ABŞ-a xəbərdarlıq etmişdi.

.