“Seyfdən götürdüklərimizi ehtiyacı olanlara verdik” - Azərbaycanlı “Robin Hud” - VİDEO

5,693 oxunub

Kimsəsizlərə yardım edən oğru dəstəsi saxlanılıb.

Nərimanov ərazisində yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşayan Samir Ulubəyov, evinə gələndə, otaqlardan birinin divarına qurraşdırdığı dəmir seyfin yoxa çıxdığını görüb.

ARB TV xəbər verir ki, DİN-nin 102 zəng xidməti ilə əlaqə saxlayan zərərçəkmiş, hadisə barədə məlumat verdikdən sonra, Ulubəyovun evinə Nərimanov rayon Polis əməliyyatçıları gəlib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində, içərisində 39 min 900 dollar və 30 min avro olan seyfin, Samir Ulbəyovun ailəvi dostluq münasibətində olduğu Sadiq Heybətov tərəfindən qarət edilməsi məlum olub.

Xəyanətkar dost, cızdığı planı tək həyata keçirə bilməyəcəyini anlayanda, bu işə Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan tanışları Röyal və Aslanı da cəlb edib.

Sadiqin sözlərinə görə, mənzilin əvvəlcədən hansı vaxt boş olacağını bilib. İçəri daxil olan isə, 23 yaşlı Röyal Kərimli olub.

Sadiq Heybətov: "Mən onunla bir yerdə olmuşdum, yay aylarında. Onda seyfi görmüşdüm. Təmir gedirdi, yerini bilirdik. Ayın 11-i evə baxış elədik. 15-i bazar günü, 18:00-da gəldik görüşdük. İpi salladıq, Röyal düşdü kəndir vasitəsi ilə. Lomnan seyfi yerindən çıxardıb, prastinaya bürüdük və ordan çıxardıq”.

İşin əsas məsləhətçisi Sadiqin planın ardınıysa, hadisənin əsas icraçısı Röyal danışıb.

Röyal Kərimli: "Seyfi çıxartdım, linglə. Ordan getdik seyfi açdıq. Orda olan pulları 3 nəfər arasında böldük. Əməlimə görə də çox peşimanam. Yəni istəməzdim belə olsun, cavan oğlanam”.

Hadisədə sürücü qismində iştirak edən Mikayıl Aslanovun dediyinə görə, seyfdəki pulları Sadıqgilin həyətində böldükdən sonra, Röyalla evə gedərkən seyfi Lökbatan qəsəbəsi ərazisindəki kolluğa tullayıblar. Bölünən pulların hara xərclənməsinə gəlincə isə, bu sualın ən maraqlı cavabını da Aslan verib. O, haram pulla, halal iş görüb.

Aslan Mikayılov: "500 manatlıq xərc çəkib dəlixanaya ət, yemək-içmək, siqaret vermişəm. Sonra nə bilim, getdik Lənkəranda yetimlər evi varıydı, bir az da ora xərc çəkdik. İndiyənəcən yadımdadı. Məhəmməd idi adı, balaca uşaq. Qabağımıza çıxdı. Heçnə, belə də brat. Qalanı da yemək-içmək, nə bilim, ora get, bura get”.

Başqasının pulu ilə xeyriyyətçilik edən şəxs, sən demə qarət olunan mənzilin, Sadiqin yaxın dostu olduğunu da bilmirmiş.

Aslan Mikayılov: "Tutulandan sonra bilmişik. Mən şəxsən bilməmişəm ki, Sadiqin dostunun evidir. Bilsəydim, mən heç vaxt eləməzdim belə bir şeyi. Özümdən götürüm, mən dost deyirəm, qardaş deyirəm kiməsə, səhər durum kiməsə deyim ki, gedək dostumun evini yaraq. Bizə deyilmişdi ki, bir biznesmen var, onun evidir. Dostluq söhbətinə görə deyə bilərəm ki, belə şey olmaz”.

Saxlanılan şəxslərin barəsində Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

AzNews.az

.
XƏBƏRLƏR 27-09-2026
09:03 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra müdafiə nazirini vəzifəsindən azad edib
08:29 Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
08:26 Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
08:15 Pezeşkian: Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır
08:10

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:03 Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
Təqvim