İyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı, Şərur rayonu Yuxarı Havuş kənd sakini 1992-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu rayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində aralarında yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

Naxçıvanın Şərur rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Daşarx kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu, həmin kənd sakini, 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, İbrahim Cabirin qardaşı olduğudur və onu kütləvi alət ilə öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

.