Azərbaycanda nəqliyyat ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsinə dair yeni tələb müəyyən edilib.

APA-nın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən, bundan sonra daşıyıcının vəzifələri sırasına ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək daxil edilib.



.