Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Talibanın nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Rusiya XİN başçısı Əfqanıstanla Moskva formatının iclasında bildirib.

Lavrov taliblərlə Əfqanıstanda vətəndaşlarının hüquq və azadlıqlarına riayət edilməsini müzakirə etdiyini və onları ölkə ərazisinin üçüncü dövlətlərə qarşı istifadə edilməməsinə dair verdiyi vədləri yerinə yetirməyə çağırdığını söyləyib.

Nazirin sözlərinə görə, Əfqanıstanda davamlı sülhə nail olmağın açarı, əhalinin ən geniş təbəqələrinə söykənən inklüziv hökumətin qurulmasıdır: "Xalq kütləsinin dəstəyi düzgün sosial siyasət və vətəndaşların əsas hüquq və azadlıqlarına riayət etməklə bağlıdır. Taliban nümayəndə heyəti ilə bunu ətraflı müzakirə etdik".

Moskvada Talibanın iştirakı ilə Əfqanıstana dair məsləhətləşmələr keçirilib

Əfqanıstanla bağlı Moskva formatının iclası keçirilib.

Çoxtərəfli məsləhətləşmələrdə Rusiya xarici işlər naziri Sergey Lavrov, Əfqanıstandakı Taliban hökumətinin baş nazirinin müavini Əbdül Salam Hənəfinin başçılıq etdiyi nümayəndə heyəti, eləcə də regionun on ölkəsindən nümayəndələr iştirak edib.

Görüşdə Rusiya XiN başçısı çıxış edib.

Məsləhətləşmələrdə Əfqanıstan probleminin həlli yolları müzakirə olunub.

Qeyd edək ki, görüşə Rusiya və Talibanla yanaşı, Qazaxıstan, Tacikistan, İran, Pakistan, Çin, Türkmənistan, Hindistan, Qırğızıstan, Özbəkistandan olan nümayəndə heyətləri də qatılıb.

.