İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən iki ABŞ hərbi bazasındakı obyektlərə hücum etdiyini bildirib.

Bu barədə SEPAH məlumat yayıb.

"Əli əs-Salim" aviabazasında ABŞ qüvvələrinə məxsus iri hərbi texnika anbarına, "Patriot" hava hücumundan müdafiə sisteminə və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqara dronlarla zərbələr endirdik. Həmçinin "Əl-Ədiri" kazarmalarında yerləşən ABŞ hərbçilərinin dislokasiya məntəqəsinə və iki helikopter anqarına hücum edilib", - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, hücumlar nəticəsində bir neçə hərbçi ölüb və yaralanıb, həmçinin helikopterlərə və pilotsuz uçuş aparatlarına ciddi ziyan dəyib.

SEPAH, həmçinin regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinə zərbə endirildiyini bildirib.

.