Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

.