Şəmkirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

"Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib.

İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
 

***

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yüksək sürətlə hərəkətdə olan avtomobilin digər nəqliyyat vasitəsinə çırpılması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

.