“Səhiyyə Nazirliyi peyvəndə qarşı əks göstərişi olan insanların hansı imtiyazlardan istifadə edə biləcəyi ilə bağlı qaydalar hazırlayır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.

S. Məmmədov deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı tövsiyəsi yoxdur: “Azərbaycan hansı ölkə nəyi edir, götürüb ondan istifadə etmir, effektivliyi və problemləri qiymətləndiririk. Dövlət qurumları bunun üzərində işləyir. Bu gün Səhiyyə Nazirliyi hər bir peyvənd üçün əks göstərişləri müəyyən edib ki, kimlər peyvənd vurdura bilməz. Eyni zamanda Səhiyyə Nazirliyi peyvəndə qarşı əks göstərişi olan insanların hansı imtiyazlardan istifadə edə biləcəyi ilə bağlı qaydalar üzərinə işləyir, bu yaxınlarda təqdim olunacaq. Məsələn, hamilə qadınlara peyvənd olmazsa, onlar hansı imtiyazlardan hansı şəraitdə necə istifadə edə biləcəklər? Biz Vətən müharibəsində həmrəyliklə düşmənə qalib gəldik. Müharibə dövründə də müəyyən məhdudiyyətlər olur. Bu o demək deyil ki, biz ömür boyu belə yaşayacağıq. Səhiyyə Nazirliyi bu gün bu məsələnin üzərində sıx işləyir. Hansı qruplar üçün hansı şəraitdə hansı imtiyazların müəyyən olunması hazırda müzakirə olunur. Xüsusi bir beynəlxalq təcrübə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi olsaydı, bunu tətbiq edərdilər. Ona görə də Səhiyyə Nazirliyi bu məsələnin üzərində işləyir, tezliklə bu qaydalar təsdiqlənəcək”.
 

.