Şəhid Çingiz Qurbanovla vida mərasimi başa çatıb - Foto + Yenilənib 2

5,823 oxunub

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib. 

Müdafiə naziri Z. Həsənov şəhidin ailə üzvlərinə başsağlığı verib.

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib.

Şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunacaq.

***

2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, mərasimdə yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edir.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

09:35

***

Trend-in məlumatına görə, vida mərasimində müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokurur Xanlar Vəliyev, eləcə də Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

AzNews.az

.
XƏBƏRLƏR 27-09-2026
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
18:03 CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 Tramp: İran nüvə silahına sahib ola bilməz
17:20 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
17:15 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
17:06 Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
Təqvim