10 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı с İsveçrənin Rusiya Federasiyasındakı Səfirliyində Gürcüstanın maraqları şöbəsinin yeni təyin olunmuş Rəhbəri Mamuka Merkviladzeni qəbul etmişdir.

Azərbaycan Səfiri həmkarını belə şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ona fəaliyyətində gələcək uğurlar arzulamış və Rusiyadakı diplomatik korpusda duayen qismində gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərə dair müxtəlif məsələlər müzakirə olunmuşdur. Tərəflər həmçinin hər iki ölkənin maraq dairəsində olan məsələlər ətrafında fikir mübadiləsi aparmışdırlar.

Hər iki tərəf əsrlər boyu davam edən dostluq, mədəni əlaqələr və təkcə qonşu deyil, həm də iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərini xüsusi vurğulamışdırlar.

Gürcüstanın maraqları şöbəsinin Rəhbəri öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və maraqlı söhbətinə görə təşəkkür etmişdir.

Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə etmişdir.

.