Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İran-Azərbaycan yeni gömrük-keçid məntəqəsinin açılıb-açılmaması məsələsinə münasibət bildirib.

DGK sədri jurnalistlərə açıqlamasında deyib ki, hazırda elə bir layihə yoxdur:

"Bununla bağlı müzakirələr də aparılmır. Cənub istiqamətində İranla kifayət qədər qapımız var, həm idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, həm də sərnişinlər üçün. Elə bir məsələ olarsa hökumət səviyyəsində müzakirə olunur. Biz icraedici orqanıq, post təyin etmək hüququmuz və səlahiyyətimiz yoxdur".

.