“Gürcüstanın hakim partiyası müxalifətlə danışıqlar prosesində kompromis də daxil olmaqla konkret addımlar atmağa hazırdır”.

Bunu ABŞ-da səfərdə olan Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hakim partiya müəyyən prinsipləri əsas tutaraq konstruktiv yanaşmaya sadiqliyini dəfələrlə təsdiqləyib: “Bu prinsiplər istənilən razılaşmanın imzalanması üçün əsasdır, lakin onların çərçivəsində biz maksimal olaraq konstruktivlik nümayiş etdirəcəyik”.

Qeyd edək ki, Gürcüstanda fevralın 23-dən müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsindən sonra siyasi böhran hökm sürür. Siyasi gərginliyin aradan qaldırılması məqsədilə Avropa İttifaqının vasitəçiliyi ilə mart ayında iki mərhələdə keçirilən iqtidar-müxalifət dialoqu heç bir nəticə verməyib.

.