Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

TASS xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı bölgədə baş verən iğtişaşlardan sonra müvafiq addımı atıb.
 

.