Avropa İttifaqı (Aİ) öz maraqlarını və dəyərlərini dünyada təbliğ edir.

Bunu Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel “Twitter“də yazıb.

“Çin ilə münasibətlərimizin bütün aspektləri üzrə açıq şəkildə qarşılıqlı əlaqələrin qurulması - irəliyə doğru yeganə yoldur. Bu gün biz Rusiyanın Ukraynaya qarşı müharibəsini və onun nəticələrini, qlobal çağırışları və ikitərəfli münasibətlərimizin geniş spektrlərini müzakirə etdik”, – Şarl Mişel qeyd edib.

.