Azərbaycanla Ermənistan arasında sülh regionda iqtisadi inkişafı yaxşılaşdıracaq, sabitlik və təhlükəsizlik gətirəcək.
Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel deyib.
O bildirib ki, sülh razılaşması ilə bağlı qərar vermək son dərəcə cəsarətli addım idi: “Mən bu sülh razılaşmasını möhkəmləndirmək üçün edilən bütün səyləri güclü şəkildə dəstəkləyirəm. Çünki düşünürəm ki, bu razılaşma regionda əlaqələrin inkişafı üçün çox güclü bir əsas olacaq, regionda iqtisadi inkişafı yaxşılaşdıracaq. Eyni zamanda, bu, daha çox sabitlik və təhlükəsizlik sayəsində insanların rifahını artıracaq, layihələrin həyata keçirilməsinə imkan verəcək”.
.
