Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
“SANA” agentliyi xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.

Eyni zamanda Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.

.