Salyan rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Salyan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini İsa Məhərrəmov həbs edilib.
Onun rayonun Qarabağlı kəndindəki evinə baxış zamanı oradan 506,32 qram marixuana aşkar edilərək götürülüb.
İsa Məhərrəmov əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.
.
