"Azərbaycan İranla Xəzərdə neft və qaz hasilatı sahəsində əməkdaşlıq etmək niyyətindədir".
Bunu bu gün Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı hər üç ölkənin nümayəndələri danışıqlar aparır: "Biz İran ilə energetika sahəsində uğurla əməkdaşlıq edirik. Biz artıq ikitərəfli müstəvidən üçtərəfli müstəviyə keçirik".
Nazir qeyd edib ki, Azərbaycan İran ilə birlikdə Xəzər dənizdə birgə neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədir.
"İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək".
"APA-nın Tehran bürosunun verdiyi xəbərə görə, bunu da Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığımız uğurla davam edir. Azərbaycan Bakı şəhərində özəl xəstəxanalardan birini icarəyə vermək niyyətindədir. Əminəm ki, qısa müddətdə bu baş tutacaq", - deyə Ş. Mustafayev vurğulayıb.
