
Pakistan İsrailin İrana hücumunu qəti şəkildə pisləyir.
Bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Pakistan Baş naziri İranda həlak olanlarla bağlı başsağlığı verib, yaralılara tezliklə şəfa arzulayıb: “Hindistanın Pakistana təcavüzünə qəti şəkildə cavab verildi, təxribatın qarşısını aldıq. Mən İƏT-də qardaş üzv dövlətlərə Pakistanla həmrəyliyə görə təşəkkür edirəm. Hindistanın təcavüzünü yaddan çıxarmayacağıq”.
Məhəmməd Şahbaz Şərif qeyd edib ki, Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir: “Beynəlxalq ictimaiyyət buna yol verməməlidir”.
.