“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdləri döyməsi ilə bağlı yayılan video barədə izahatı alınıb”.

Bu barədə Yenizaman.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, polis tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb: 

“Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri dərs davamiyyətinə əməl etmirlər. Həmin gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıb.

Direktor tərəfindən onlar intizama dəvət ediliblər. Yaranan mübahisədə xəsarətalma və təhqir elementi yoxdur”.

O qeyd edib ki, şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətləri yoxdur.

 

 


 

.