Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, keçirilən növbəti tədbirlər nəticəsində Sabunçu rayonu ərazisində 1 tapança, 1 patron darağı və 5 patron tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

.