Bu gün səhər saatlarında Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Bu barədə virtualaz.org saytına Sabirabad Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Araz Qabil oğlu Fərəcov münaqişə zəminində tanışı, 1989-cu il təvəllüdlü Abbas Nazim oğlu Fətullayevin boğazını kəsib. 25 yaşlı A.Fətullayev hadisə yerində ölüb. Cinayəti törədən Araz Fərəcov isə tutulub.
Sabirabad Rayon Prokurorluğunun müstəntiqi İlkin Abdullayev hazırda hadisə yerindədir, istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov hazırda ilkin araşdırma aparıldığını bildirdi: "Cinayətin motivi hələlik bəlli deyil, bu barədə əlavə məlumat veriləcək”.
Qafqazinfo.az saytı Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevlə əlaqə saxlayıb. Polis rəisi hadisənin qısqanclıq zəminində baş verdiyini bildirib.
.
