Araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Avropa ölkələrində, Kiprdə və Türkiyədə malik olduğu şirkətlər və daşınmaz əmlak barədə araşdırma aparıb.
Jurnalistin sosial şəbəkədə yaydığı araşdırmasında keçmiş nazirin yaxınlarının malik olduğu şirkətlərin adları təqdim olunur:
– "NORDFIELDS INVESTMENTS LIMITED” – İngiltərə
– "STAMINA INVESTMENTS LIMITED” – İngiltərə
– "WELGEAR INVESTMENTS LIMITED” – Kipr Respublikası
– "STS TURİZM VE OTELCİLİK İNŞAAT LİMİTED” – Türkiyə
– "DEREAN LIMITED” – İngiltərə
– "LIEGENSCHAFTSVERWERTUNGS GmbH” – Avstriya
– "WU IMMO CENTER GMBH” – Almaniya
– "REANDER LIMITED” – İngiltərə
– "ROMERSTAL INVESTMENTS LIMITED” – İngiltərə
– "LLOYD MCKENZIE LIMITED” – İngiltərə
– "WU TRAINING CENTRE UK LTD” – İngiltərə
– "TURNKEY SOLUTIONS LIMITED” – İngiltərə
– "ISLA INVESTMENT, S.R.O”. – Çexiya

Hüseynqulu Bağırovun ailəsinə məxsus "NORDFIELDS MANAGEMENT LIMITED” şirkəti 2015-ci ilin iyunun 15-dən fəaliyyətdədir. İngiltərə Ədliyyə Nazirliyindən SC507502 saylı şəhadətnamə alıb. Şirkət Hüseynqulu Bağırovun qızı – 1989-cu il, iyul təvəllüdlü Sevinc Bağırovanın adına rəsmiləşdirilib. Fəaliyyət sahəsi maliyyə menecmentliyi göstərilir.

Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına açdığı daha bir şirkət – "NORDFIELDS HOSPITALITIES LTD” də 2015-ci ilin iyunun 3-də Birləşmiş Krallıqda qeydiyyatdan keçib.
Bu şirkət vasitəsilə Bağırovlar ailəsi 2015-ci ilin oktyabrın 9-da Şotlandiyanın Qlazqo şəhərində Avropanın məşhur sanatoriyalarından olan "Buchanan Arms Otel”i alıb. Otel 3 ulduzlu olsa da, müalicə və istirahət üçün yaxşı təmin olunub. Sanatoriyanı Sevinc Bağırova idarə edir.

Keçmiş nazirin ailəsinə məxsus "STAMINA INVESTMENTS LIMITED” isə bu şirkətlərdən 3 ay əvvəl, – 2015-ci il martın 5-də qeydiyyatdan keçib. Şəhadətnamə nömrəsi: 09471905. Ünvan isə eyni olub: 85-87, Borough High Street, London, England. Bu şirkət də Sevinc Bağırovanın adına olub.
Bağırovlar ailəsi "STAMINA INVESTMENTS LIMITED” vasitəsilə Londonda bir neçə daşınmaz əmlak alışını həyata keçirib və 23 Avqust 2016-cı il tarixdə onu qapadıblar.
Hüseynqulu Bağırovun İngiltərə sevdasına əlavə olunan növbəti şirkət "NORDFIELDS PROPERTIES LIMITED”-dir. Şirkət SC444402 saylı şəhadətnamə ilə 2015-ci ilin mayın 7-də Londonda qeydiyyatdan keçib. Ofisi Bağırovlara məxsus sanatoriyada yerləşir. Daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğuldur.
29 noyabr 2017-ci ildən bəri direktor vəzifəsini də Hüseynqulu Bağırovun oğlu icra edir.
Lətif Bağırov Londona hələ 14 il əvvəl ayaq açıb və ilk dəfə İngiltərədə 2005-ci ilin aprelin 20-də "TURNKEY SOLUTIONS LIMITED” şirkətini qeydiyyatdan keçirib. 05430122 saylı qeydiyyat şəhadətnaməsi alan şirkət OFFICE 96, 1535 MELTING POINT, 5 FIRTH STREET, HUDDERSFIELD ünvanında fəaliyyət göstərib və növbəti il oktyabrın 17-də qapadılıb. Bu şirkət vasitəsilə Bağırovlar Londonda ilk daşınmaz əmlaka sahib olublar. Şirkəti Mixail Aleksandroviç Zhabın adlı milliyyətcə rus olan İngiltərə vətəndaşı idarə edib.
Hüseynqulu Bağırovun İngiltərədəki ailə şirkərlərindən daha biri "NORDFIELDS INVESTMENTS LIMITED” 2013-cü ilin iyunun 5-də 08557695 saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Ofisi Londonda, Hatton Garden 63-66, Fith Floor Suite 23 ünvanında yerləşir. Bu şirkət də daşınmaz əmlakın alışı və icarəsi ilə məşğuldur. Şirkət sabiq nazirin bacısı Düriyyə Nuriyeva (şirkətin direktoru) və Sevinc Bağırovanın adına rəsmiləşdirilib.Düriyyə Nuriyeva hələ 2012-ci ildə Londonda "WESTERN EDUCATIONAL CONSULTANCY LIMITED” şirkətini açıb (qeydiyyat şəhadətnaməsi 08187544). Bir neçə əmlak aldıqdan sonra 31 mart 2015-ci ildə qapadılıb. Bundan bir neçə ay sonra Hüseynqulu Bağırov Birləşmiş Krallıqda daha bir şirkət açıb.
"ROMERSTAL INVESTMENTS LIMITED” 2015-ci ilin 10 avqust tarixində 09725150 saylı lisenziya ilə fəaliyyətə başlayıb. Qeydiyyat ünvanı: 85-87 Borough High Street, London, England. Keçən il yanvarın 27-də qapadılıb.
Lətif Bağırov – 10 % (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
Aliya Nuriyeva – 10 % (Azərbaycan R.,F.İbrahimbəyov 12/194)
Sevinc Bağırova – 10% (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
Düriyyə Nuriyeva -35 % (Azərbaycan R., F.İbrahimbəyov 12/194)
Liana Bağırova – 35 % (Azərbaycan R., F.İbrahimbəyov 12/160)
"WELGEAR INVESTMENTS LIMITED” 2010-cu il martın 23-də Nikosiyada qeydiyyatdan keçib (lisenziya nömrəsi HE264613). 9 ildən bəridir ki, fəaliyyətdədir.
Bağırovların ailə biznesi Almaniya və Avstriyaya da ayaq açıb. Belə ki, Hüseynqulu Bağırovun oğlu və bacısı 2006-cı ilin sentyabrında Avstriyada "Liegenschaftsverwertungs GmbH” şirkətini qeydiyyatdan keçiriblər (qeydiyyat nömrəsi FN 283461 f). Şirkət paytaxt Vyanada Hütteldorferstraße 110 ünvanında yerləşir. Bağırovlar bu ölkədə də kifayət qədər bahalı mülk alıblar. Hazırda şirkətin hissələrinin 94 faizi Lətif Bağırovun Almaniyadakı "WU Immo Center GmbH” şirkətinə, 6 faizi isə nazirin bacısı Düriyyə Nuriyevaya məxsusdur.
Bağırovlar Türkiyədə də şirkət açıblar. "STM Turizm Otelçilik və İnşaat Limited” İstanbulda BARBAROS MAH. LEYLAK SOK. AĞAOĞLU ANDROMEDA C4 BLK.D.50 ATAŞEHİR ünvanında yerləşir. 4 May 2011-ci ildən turizm və otelçilik sahəsində fəaliyyət göstərir. Çoxsaylı apartmanlara və pansionatlara sahibdir.
