“Empati” qeyri-hökumət mərkəzi Mixail Saakaşvilinin səhhətilə bağlı komissiyanın məhkəmə-tibbi ekspertizasının nəticələrini dərc edib.

Sənədə əsasən keçmiş dövlət başçısı həbsdə qalmamalıdır. Lakin hakim partiyadan bu nəticələrə etibar etməyəcəkləri bildirilib.

“Empati”dən vurğulanıb ki, müayinə on gürcü və altı xarici mütəxəssis tərəfindən aparılıb. Bütövlükdə sənəddə 194 səhifə əsas mətn və daha 3000 əlavə var. Ekspertiza iyunun 1-dən noyabrın 28-dək aparılıb.

Nəticədə Saakaşviliyə 20-dən çox diaqnoz qoyulub. Onlardan yarısı siyasətçinin dərhal həbsdən buraxılmasını şərtləndirir.

Qeyd edək ki, eks-prezidentin həbs olunana qədər demək olar ki, sağlam olduğu bildirilir.

.