Rusiya Sərhəd Xidmətinin Rəsul Həmzətov gəmisi Bakı portuna yanaşacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, sentyabrın 23-25-də Rusiyanın sərhəd gözətçi gəmisi Bakı limanına səfər edəcək.

Zaxarova qeyd edib ki, proqrama iki ölkənin sərhəd xidmətləri arasında təmaslar daxildir.

.