ATƏT-in Minsk Qrupu çərçivəsində işin bərpası mümkün deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son zamanlar Rusiya ilə ABŞ arasında təmasların bərpa olunmasının Minsk qrupu mövzusu ilə heç bir əlaqəsi yoxdur.

Zaxarova Rusiyanın ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyib.

O, Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərini 2022-ci ilin fevralından sonra rusiyalı həmsədrlə əməkdaşlığı dayandırdıqlarını, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişdiyini xatırladıb.

Zaxarova qeyd edib ki, bütün bunlardan sonra ATƏT-in Minsk Qrupu öz aktuallığını itirib: "İki həmsədr qrupda fəaliyyətini dayandırandan, yuxarıda sadaladığım faktorlardan sonra hansı Minsk Qrupundan söhbət gedə bilər?!"

Rusiya XİN sözçüsü ATƏT-in Qarabağ nizamlanması ilə bağlı bütün strukturlarının buraxılmalı olduğunu vurğulayıb. Əlavə edib ki, bunu optimal yolu Bakı və İrəvanın birlikdə ATƏT-in qeyd olunan institutlarının ləğv olunması təklifi ilə çıxış etməsidir.

Bakı ilə İrəvan arasında sülh prosesində nail olunan tərəqqini alqışlayırıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqazda çoxdan gözlənilən təhlükəsizlik və rifah yolunda mühüm addımdır.

Zaxarova sülh gündəmində bir sıra vacib məsələlərin, öz həllini gözləyən qlobal məsələləri olduğunu söyləyib: “Bunlar regionda iqtisadi nəqliyyat əlaqələrinin blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, humanitar bloka aid məsələlərdir. Biz tərəflərin tələb etdiyi dərəcədə həmkarlarına yardım göstərməyə və bütün istiqamətlərdə dəstək verməyə hazır olduğunu təsdiqləyirik. Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev məsləhətləşmələr üçün regiona gəlməyə hazırdır".

Rusiya XİN sözçüsü Ermənistan-Azərbaycan sərhədində atəşkəs hallarının pozulmasına da münasibət bildirib. Qeyd edib ki, iki ölkə arasında sülh prosesində nail olunan tərəqqi fonunda sərhəddə gərginliyin artması xəbərləri Rusiyanı narahat etməyə bilməz: "Biz tərəfdaşlarımızı təmkinli olmağa, vəziyyətin eskalasiyasına gətirib çıxaracaq hər hansı addımlardan təkidlə çəkinməyə çağırırıq. Bütün məsələləri istisnasız olaraq dinc və siyasi-diplomatik yolla həll etmək lazımdır. O ki qaldı Rusiyanın Ermənistan qarşısında KTMT çərçivəsində və ikitərəfli formatda olan öhdəliklərinə, onlar qüvvədədirlər. Eyni zamanda, İrəvanın KTMT-dəki fəaliyyətini dondurması Ermənistanın öz təhlükəsizliyini möhkəmləndirməsinə kömək etmir".

.