Rəsmi Moskva ABŞ-ni Aleksey Navalnının ölümü ilə bağlı geniş ittihamlar səsləndirmək əvəzinə, təmkin nümayiş etdirməyə və məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləməyə çağırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Nə üçün ABŞ üçün Rusiya vətəndaşının ölümü Ukrayna həbsxanasında işgəncə ilə öldürülən amerikalı Qonzalo Liranın ölümündən daha vacibdir?", - deyə Rusiya XİN Vaşinqtona sualla müraciət də edib.

.