"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov İsveçrənin Cenevrə şəhərinə yollanıb. Sergey Lavrov Cenevrədə Ukraynadakı böhranın həlli üçün dördtərəfli görüş keçirəcək.
Bu gün baş tutacaq görüş zamanı ABŞ, Avropa Birliyi, Rusiya və Ukraynadan olan rəsmilər böhrandan həll yollarını müzakirə edəcəklər.
.