Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan yeddi gəmini vurub.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Quru yük gəmiləri "Geran-4 Siker" pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.

"Hərbi təyinatlı yük daşıyan gəmilər Nikolayev limanında və Qara dəniz əməliyyat zonasında keçid zamanı vurulub. Ukrayna limanlarına və gəmilərə müntəzəm şəkildə zərbələrin endirilməsi Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikanın daşınması üzrə imkanlarını azaldır", - məlumatda bildirilib.

.