RF XİN rəhbəri Serqey Lavrov Ukraynanın qərbində neofaşist və millətçilik ruhiyyəsinin artmasını, həmçinin onların rus dilini ləğv etmə cəhdlərini qəti şəkildə pisləyib və bu davranışları tənqid etmək üçün ATƏT-ə müraciət edib.
Bu barədə Lavrovla təşkilatın Baş katibi Lamberto Zanyer arasında görüş haqqında məlumat yayan RF XİN saytında deyilir.
Rusiya diplomatiyasının rəhbəri sözügedən qrupların rus dilinin qadağan edilməsi, Ukraynanın rusdilli sakinlərini «qeyri-vətəndaş» adlandırılması, düşüncələrin açıq şəkildə ifadəsinin yasaqlanması və bir sıra partiyaların bağlanılması barədə çağırışlarına etinasızlıq etməməyə çağırıb. Bundan əlavə, Ukraynada vəziyyətin hüquqi axına qayıtmasının, həmçininbeynəlxalq ictimaiyyət tərəfindən baş verənlərə obyektiv və tərəfsiz qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, istənilən növ davranış, o cümlədən ATƏT tərəfindən, Ukraynanın qanuni hökumətinin müraciəti əsasında olmalı və bu zaman ölkənin suverenliyinə sözsüz hörmət gözlənilməlidir.
.