"Bazar günü gecə Ukrayna Rusiyanın Kursk və Beloqorod şəhərlərini “Toçka-U” raketləri və PUA-larla atəşə tutub, zərbə mülki əhaliyə endirilib".

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu gecə Moskva vaxtı ilə saat 03:00-dan 03:30-a qədər Kiyev rejimi kasetli mərmili “Toçka-U” ballistik raketləri və “Tu-143” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbçilərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbə endirib: "Raket hücumu məqsədyönlü şəkildə planlaşdırılıb və Rusiya şəhərlərinin mülki əhalisinə qarşı həyata keçirilib”.

Rusiya MN: Lisiçansk şəhəri daxilində döyüş gedir

Rusiya ordusu Lisiçanskın üç yaşayış məntəqəsini ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya ordusu Lisiçanskda qalan Ukrayna qüvvələrinin məğlubiyyətini başa çatdırır: "Rusiya qoşunları və "LXR" - in bölmələri mühasirəyə alınmış düşmənin məğlubiyyətini başa çatdıraraq Lisiçansk şəhəri daxilində döyüşürlər. Dünən Lisiçanskın yaxınlığında Novodrujevsk, Maloryazantsevo və Belaya Qora yaşayış məntəqələri azad edilib".

Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilib ki, Lisiçansk vilayətində iki gün ərzində 38 ukraynalı hərbçi təslim olub.
 

.