Rusiya Müdafiə Nazirliyi Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin başlanması fonunda ölkənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər planlarına malikdir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Belə variantlar Kremldə deyil, Müdafiə Nazirliyində işlənir. Biz artıq dəfələrlə demişik ki, orada müvafiq planlar var və təhlükəsizliyimizi təmin etmək üçün işlər gedir”, - o vurğulayıb.

Peskov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin artıq Finlandiya və İsveçin NATO-ya daxil olmasına qiymət verib.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı protokolların ratifikasiyası prosesinin başlandığını elan edib.
 

.