Xarici işlər naziri Sergey Lavrov Rusiyanın koronavirusa qarşı “AstraZeneca” peyvəndinin formulunu oğurlaması barədə iddialara münasibət bildirib.

TASS verdiyi məlumata görə, S. Lavrov Britaniya mətbuatının bu barədə yazdıqlarını əsassız adlandırıb.

“Hesab etmirəm ki, kimsə bu əsassız ittihamları ciddi qəbul edəcək. Belə əsassız ittihamlar indiyə qədər çox olub”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

.