“Rusiya silah və hərbi texnika ixracının həcminin qoruyub saxlayacaq”.

Bunu Rusiya Baş nazirin müavini Yuri Borisov Federasiya Şurasında çıxışında bildirib.

"Hərbi-texniki əməkdaşlıqda əsas tərəfdaşlarımız olan ölkələrin ABŞ-ın çox güclü təzyiqi altında olmasına baxmayaraq, hərbi məhsul ixrac edən dövlətlər sırasında 2-ci yeri tutmağa davam edirik", - deyə Rusiya hökumətinin hərbi texniki sənayedən məsul naziri vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın hərbi məhsul ixracının həcmi hər il sabit səviyyədə - 15 milyard dollar həcmində qalır.

.