Bu həftə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Üçtərəfli İşçi Qrupunun iclası keçirilə bilər.

Bunu Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, işçi qrupların görüşü çərçivəsində yalnız regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq, gündəlikdə digər məsələlər yoxdur.

.