Rusiya Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırıb.
"Media forum” saytının məlumatına görə, bunu Dövlət Dumasının rəsmisi Aleksey Puşkov açıqlayıb.
O bildirib ki, Rusiya nümayəndə heyəti AŞPA-nın bu ay keçiriləcək iclasında iştirak etməyəcək: "Biz assambleya ilə əməkdaşlığı müvəqqəti - nümayəndə heyətimizə qarşı sanksiyalar aradan götürülənə qədər dayandırırıq”.
.