Ueyn Runinin "Everton"dakı forma nömrəsi müəyyənləşib.
Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu 10 nömrəli forma ilə çıxış edəcək. Bu formanı ötən mövsüm Romelu Lukaku geyinib. R.Lukaku "Mançester Yunayted"də keçdiyi üçün boş qalan formanı Runi seçib.
Qeyd edək ki, Runi "Mançester Yunayted"dən ayrılaraq "Everton"la 2 illik müqavilə imzalayıb.
.
