ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff Dohada bildirib ki, o və Dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula gedəcək.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ildə onların kəsdikləri birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilir. Öz növbəsində Ukrayna lideri Volodimir Zelenski mayın 15-də İstanbula getmək niyyətində olduğunu açıqlayıb.

.